azturkxeber.az
http://azturkxeber.az

Gədəbəydə vətəndaş qəbulu keçirilib, şəhid ailəsi ziyarət olunub

25-04-2026

105 saylı Tovuz–Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev 25 aprel tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində növbəti vətəndaş qəbulunu keçirib.

Azturkxeber.az xəbər verir ki, qəbul zamanı kənd sakinləri tərəfindən əsasən məşğulluq, şəhid adının əbədiləşdirilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Vətəndaşların problemlərini diqqətlə dinləyən millət vəkili qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələlər qaldıracağını və onların həlli istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Səfər çərçivəsində Novosaratovka kəndində Vətən müharibəsi şəhidi Rzayev Hüseyn Aslan oğlunun məzarı və ailəsi də ziyarət olunub, şəhidin xatirəsi ehtiramla yad edilib.

Qeyd olunub ki, vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə bölgələrdə keçirilən qəbullar davamlı xarakter daşıyacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930