Millət vəkili Arzu Nağıyev vətəndaş qəbulu keçirdi
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 29 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirildi.
AzTurkxeber.az xəbər verir ki, Mill Məclisin deputatı Arzu Nağıyev 29 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, torpaq, şəhid adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Həmçinim Gədəbəy rayonunun Mutudərə kəndinin girişində Milli Qəhrəman Məzahir Rüstəmovun şəhid olduğu yerdə inşa edilmiş abidə kompleksi ziyarət olunaraq, abidə kompleksi üzərinə çiçəklər qoyuldu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Daha sonra Çay Rəsullu kəndində seçicilərlə səyyar görüş keçirilərək onları maraqlandıran suallara aydınlıq gətirildi.