azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb

25-04-2026

Cari tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik başa çatıb.

Azturkxeber.az xəbər verir ki, tədbirin başa çatması münasibətilə keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimində çıxış edənlər bu cür yarışların hərbi qulluqçuların ştat silahlarından istifadəetmə vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsində xüsusi rol oynadığını vurğulayıblar.

Bildirilib ki, yarışda hərbi qulluqçular atıcı silahlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Yarışın yekun nəticələrinə əsasən, praktiki atışlar zamanı fərdi və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar, kubok və medallarla təltif olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930