azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ordusunda atıcılıq üzrə birinciliyə start verilib

22-04-2026

Cari tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atıcılıq üzrə birinciliyə start verilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Birinciliyin ilkin mərhələsində yarışa qatılan komandalar arasında püşkatma mərasimi keçirilib. Sonra şəxsi heyətə təhlükəsizlik qaydaları və yarışın şərtləri çatdırılıb.

Yarışın proqramına uyğun olaraq, mübarizə aparan hərbçilər müxtəlif məsafələrdəki hədəflərin məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Sonda praktiki atışlar zamanı fərdi və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular mükafatlandırılacaqlar.

Qeyd edək ki, Azərbaycan Ordusunda idman və hərbi-idman yarışlarının təşkili və yarış qaydalarının tələblərinə uyğun olaraq keçirilən birinciliyin əsas məqsədi hərbi qulluqçuların atıcılıq üzrə praktiki vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930