azturkxeber.az
http://azturkxeber.az

WSJ: ABŞ İraqa nağd dollar göndərişlərini dondurur

22-04-2026

WSJ: ABŞ İraqa nağd dollar göndərişlərini dondurur

ABŞ İraq hakimiyyətinə İranyönlü silahlı qruplara qarşı tədbirləri gücləndirmək üçün təzyiq məqsədilə ölkəyə nağd dollar göndərişlərini dayandırıb və təhlükəsizlik əməkdaşlığı proqramlarını dondurub.

Azturkxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankındakı hesablardan İraqın neft gəlirlərinə aid təxminən 500 milyon dolların köçürülməsini bloklayıb.

Bundan əlavə, İraq ordusu və antiterror bölmələri üçün bəzi təlim proqramlarının maliyyələşdirilməsi də dayandırılıb. Vaşinqtonun bu addımları Bağdada təzyiqi artırmaq və İranla əlaqələri zəiflətmək cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, 2003-cü ildən sonra İraqın neft gəlirləri Nyu-York Federal Ehtiyat Bankında saxlanılır. ABŞ daha əvvəl də vəsaitlərin terror qruplarına keçməsi riskinə görə nağd köçürmələri müvəqqəti dayandırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930