Mərkəzi Elmi Kitabxananın 100 illiyinə həsr olunmuş “İnformasiya bülleteni”nin xüsusi buraxılışı nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyi münasibətilə “İnformasiya bülleteni”nin xüsusi buraxılışı nəşr olunub.
MEK-dən bildirilib ki, xüsusi buraxılışda Azərbaycan Respublikası Prezidentinin AMEA-nın 80 illiyinin qeyd edilməsi haqqında Sərəncamı, həmçinin AMEA Rəyasət Heyətinin Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin keçirilməsi ilə bağlı qərarı daxil edilib.
Bülletenin ilk səhifəsində Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda etdiyi çıxış yer alıb. Həmin çıxışda ölkədə elmin inkişafı, milli elmi irsin qorunması və müasir dövrün çağırışlarına uyğun yeniliklərin tətbiqi məsələlərinə xüsusi diqqət yetirilir.
Nəşrdə MEK-in yubileyi çərçivəsində təşkil olunan “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq konfrans haqqında geniş məlumat verilib. Bülletendə konfransın fəxri heyəti, elmi heyəti və təşkilat komitəsinin üzvləri təqdim olunmaqla yanaşı, tədbir çərçivəsində səsləndirilən məruzələr, aparılan müzakirələr və MEK-ə ünvanlanan təbrik məktubları da öz əksini tapıb.
Xüsusi buraxılışın diqqətçəkən bölmələrindən biri də Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunmuş tədbirlərin fotoşəkillərlə təqdim edilməsidir.
Jurnalın ideya müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Layihənin rəhbəri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi isə Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: