Elektron satınalmaların sayı və məbləği açıqlanıb


Bu ilin yanvar-fevral ayları ərzində keçirilən elektron satınalmaların sayı 783, məbləği isə 407,1 milyon manat təşkil edib.
Azturkxeber.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 11,1 faiz, məbləğ üzrə isə 13,9 faiz artım müşahidə edilib.
Hesabat dövründə açılışı baş tutan müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bu, sağlam rəqabətin, KOB-ların fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir.
Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi səmərəliliyi təmin edir, kiçik və orta sahibkarların dövlət sifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığını artırmaqla bazarda bərabərliyi təşviq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: