azturkxeber.az
http://azturkxeber.az

Voleybol üzrə "Ordu" komandası ikinci yeri tutub

19-04-2026

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən kişilər arasında Azərbaycan Yüksək Liqasının final mərhələsi başa çatıb.

Azturkxeber.az xəbər verir ki, həlledici görüşdə Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” və Müdafiə Nazirliyinin “Ordu” komandaları qarşılaşıb.

Müdafiə Nazirliyinin rəhbər heyətinin də izlədiyi final oyunu gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Hər iki komanda oyun ərzində yüksək səviyyəli çıxış nümayiş etdirərək qələbə uğrunda əzmkarlıqla mübarizə aparıb. Oyunun ilk setində qalib gələn “Ordu” komandası növbəti setlərdə məğlub olaraq yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, finala yüksələn hər iki komanda Avrokubok yarışlarında iştirak etmək hüququ qazanıb.

Sonda qalib komandaya kubok, digər mükafatçılara isə medallar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930