azturkxeber.az
http://azturkxeber.az

Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub

17-04-2026

Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonuna səfəri çərçivəsində şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Azturkxeber.az xəbər verir ki, nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, dərs mühiti, müəllim və şagirdlərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərlə maraq dairələri və gələcək planları barədə söhbət aparıb. Eyni zamanda tədrisin keyfiyyətinin artırılması istiqamətində məktəbdə görülən işlər barədə nazirə məlumat verilib.

Məktəbdə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib, onların yaradıcılıq qabiliyyətləri və əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.

Nazir həmçinin müəllim kollektivi ilə görüşərək tədrisin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıb, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930