Yanvar ayında Dövlət Komitəsində vətəndaş qəbulları keçirildi

Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən verilən məlumata görə, yanvar ayında Dövlət Komitəsinin rəhbər şəxsləri növbəlilik əsasında vətəndaşların müraciətlərini dinləyib və suallarını cavablandırıblar.
Əsas mövzular:
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış;
Köçürülmə prinsipləri və sorğuda iştirak;
Məşğulluq imkanları;
Müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması;
Kommunal xidmətlər,
status, vahid aylıq müavinət və digər məsələlər.
Növbəti qəbullarla bağlı məlumat və qəbula yazılmaq üçün Dövlət Komitəsinin 1657 Qaynar Xətt Xidməti ilə əlaqə saxlaya bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: