azturkxeber.az
http://azturkxeber.az

Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

22-01-2026

2025-ci il ərzində vergi orqanlarına 435 838 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz azdır.

Azturkxeber.az-ın məlumatına görə, müraciətlərin 94,7 faizi ərizə, 5,2 faizi şikayət, 0,1 faizi isə təkliflərdən ibarət olub. Daxil olmuş müraciətlərdən 97,9 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 2,1 faizi hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 55,3 faizi həll olunub, 42,5 faizi barədə müvafiq izahat verilib digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxil olmuş faktiki şikayətlərdən 7.647-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi borcu, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), operativ vergi nəzarəti tədbirləri, riskli vergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.

2025-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 707, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 47 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031