azturkxeber.az
http://azturkxeber.az

Uşaqların Kibertəhlükəsizliyi: Qorunma Valideyn Nəzarətindən Başlayır

22-01-2026

Azyaşlıların kibertəhlükələrdən qorunması ilk növbədə valideyn nəzarəti və düzgün maarifləndirmə ilə mümkündür. Rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını uşaqlara erkən yaşlardan aşılamaq xüsusi əhəmiyyət daşıyır.

Valideynlərə tövsiyələr:

Uşaqların istifadə etdiyi tətbiqlərə və sosial şəbəkə hesablarına mütəmadi nəzarət edin;

“Tanımadığın şəxsə şəxsi məlumat vermə” qaydasını övladlarınıza aydın şəkildə izah edin;

Şəxsi foto, video və məkan məlumatlarının paylaşılmasının risklərini başa salın;

Naməlum linklərə daxil olmamağı və şübhəli mesajlara cavab verməməyi öyrədin;

Telefon və tətbiqlərdə məxfilik və təhlükəsizlik ayarlarını aktiv edin.

Unutmayaq: Uşaqların kibertəhlükələrdən qorunmasında ən effektiv müdafiə üsulu davamlı maarifləndirmə və valideyn nəzarətidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031