azturkxeber.az
http://azturkxeber.az

Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanılıb

22-01-2026

Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanılıb

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031