azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının əməkdaşları tərəfindən dövlət uşaq müəssisəsində uşaq hüquqlarının təmini vəziyyəti araşdırılıb

15-01-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) milli preventiv və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində Aparatın nümayəndələri tərəfindən Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə monitorinq həyata keçirilib.

Monitorinq zamanı uşaq müəssisəsinin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati sahələrinə baxış keçirilib, yaradılmış şərait və təminatın mövcud vəziyyəti uşaq hüquqlarının təmin olunması baxımından araşdırılıb. Rəftar məsələlərinin öyrənilməsi məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi söhbətlər aparılıb.

Yekunda araşdırmanın nəticəsinə dair və ümumilikdə müəssisədə uşaq hüquqlarının təmini vəziyyətinin daha da təkmilləşdirilməsi, xüsusilə də mətbəx sahəsində qida nümunələrinin saxlanılması, habelə tibb otağında dərman vasitələrinin istifadə müddətinə nəzarətin gücləndirilməsi istiqamətində müəssisə rəhbərliyinə tövsiyələr verilib, qanunvericiliyin tələbləri izah edilib.

Tövsiyələrin icrası təsisat tərəfindən nəzarətdə saxlanılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031