azturkxeber.az
http://azturkxeber.az

DİN: Çoxlu sayda silah-sursat götürülüb, axtarışda olanlar saxlanılıb

10-01-2026

DİN: Çoxlu sayda silah-sursat götürülüb, axtarışda olanlar saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bildirilib ki, həmçinin yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031