Xaçmazda minik avtomobilləri toqquşub, yaralananlar var
Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza zamanı "Mercedes" və KİA markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




