azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət naziri Adil Kərimli Xızı şəhərində vətəndaşları qəbul edib

31-10-2025

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil olunan qəbullarda vətəndaşların müraciətləri yerində dinlənilir, həlli üçün müvafiq addımlar atılır.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 31-də Xızı şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lider Heydər Əliyevin Xızı şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Vətəndaşlar, əsasən, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək vurğulanan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031