Lerikdə ilk dəfə “Eko Festival” təşkil olunub
Dövlət Turizm Agentliyinin və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Lerik Eko Festivalı” keçirilib.
Festivalın əsas məqsədi yerli turizm məhsullarını tanıtmaq, kənd turizminə dəstək olmaq, bölgə adət-ənənələrini və mədəni irsi təşviq etməkdir. Eyni zamanda, ekoturizm və aqrobiomüxtəliflik ehtiyatlarının inkişafına və fermerlərin turizm sahəsində fəaliyyətlərinə töhfə verməkdir.
Festivalda cənub bölgəsinin turizm, o cümlədən eko və aqroturizm imkanları üzrə sərgi, yerli istehsalçı və fermerlərin məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin yarmarkası keçirilib. Həmçinin məhsulların dequstasiyası və ustad təqdimatları təşkil edilib.
Ziyarətçilər festivalda həm regionun ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq, həm də Lerikin turizm potensialını daha yaxından tanımaq imkanı əldə ediblər.
Tədbir musiqili hissə və folklor kollektivlərinin çıxışları ilə yekunlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:










