azturkxeber.az
http://azturkxeber.az

Kolleclərin rəhbər heyətinə yeni təyinatlar

29-10-2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Pərviz Müseyibli bakalavr təhsilini Bakı Dövlət Universitetində (BDU) “Mexanika” ixtisası üzrə, magistratura təhsilini isə “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə alıb. O, 2022-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda doktorantura təhsilini tamamlayaraq “Mexanika” üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

Əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir. P. Müseyibli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin, eləcə də “Gənc tədqiqatçı” jurnalının redaksiya heyətinin üzvü və bir sıra elmi nəşrlərin müəllifidir.

Ramilə Tağıyeva bakalavr təhsilini BDU-da “Kimya” ixtisası üzrə alıb və hazırda Gəncə Dövlət Universitetində “Kimya” ixtisası üzrə magistr təhsilini davam etdirir. 2014-cü ildən etibarən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O, 2024-cü ildən etibarən son təyinadək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031