azturkxeber.az
http://azturkxeber.az

İtaliyada 4 bal gücündə zəlzələ olub

26-10-2025

İtaliyada 4 bal gücündə zəlzələ olub

İtaliyanın cənubundakı İrpiniya bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

Episentri Moefredan şəhərindən bir kilometr aralıda olan yeraltı təkan 14 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Kampaniya regionunda, eləcə də Neapol, Salerno və Beneventoda aydın hiss olunub. Sakinlər qorxu və təşvişlə küçələrə axışıblar.

İlkin araşdırmalara görə, dağıntı və tələfat yoxdur. Montefredan meri bazar ertəsi günü məktəblərin ehtiyat tədbiri olaraq tətil edildiyini açıqlayıb.

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, son iki gündə bölgədə 3,4-3,9 bal arasında 3 zəlzələ qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031