Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, bu şanlı Zəfərin qazanılmasında Ramiz Qasımov kimi igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq, şəhidin şərəfli həyat yolu haqqında məlumat veriblər.
Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




