azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

25-10-2025

Oktyabrın 24- də, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin Pedaqogika və Psixologiya kafedrasının təşəbbüsü ilə " Müasir Pedaqogika və Psixologiyada şəxsiyyətin inkişafının aktuallığı: informasiya, rəqəmsal texnologiyalar və tərbiyə mexanizmləri" mövzusunda beynəlxalq elmi -praktik konfrans keçirildi.

Konfransı Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin rektoru pedaqoji elmlər doktoru, professor İlhomjon Tuxtasinov açılış nitqi ilə başlatdı.

Tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdən tanınmış alimlər, beynəlxalq ekspertlər, professor -müəllimlər, doktorantlar, magistrlər və həmçinin rəsmi opponentlər iştirak etdilər.

Konfrans çərçivəsində 5 bölmə iclası fəaliyyət göstərdi və təxminən 150 elmi məruzə dinlənildi.

Burada Pedaqogika və Psixologiya sahəsində müasir yanaşmalar, şəxsiyyətin inkişafı, rəqəmsal texnologiyalar və tərbiyə mexanizmlərinin aktuallığı müzakirə olunudu.

Tədbirlərin sonunda bütün konfrans iştirakçıları sertifikatlarla təltif olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031