Qanunsuz silah saxlanılmasına qarşı əməliyyatlar davam dir: Polis 2 avtomat, 5 tüfəng və digər silah-sursat aşkar edib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 5 tüfəng, 12 patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.