azturkxeber.az
http://azturkxeber.az

Ramil Həsən Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşüb

18-10-2025

Ramil Həsən Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşüb

Oktyabrın 17-də Qazaxıstanın Astana şəhərində Baş katib Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru səfir Berik Arın ilə görüşüb.

TÜRKPA-dan bildirilib ki, B. Arın Ramil Həsəni Baş katib vəzifəsinə başlaması münasibətilə təbrik edib, onun peşəkarlığını və Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrini vurğulayıb.

Görüşdə Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru TÜRKPA nümayəndə heyətinə təşkilatın missiyası, strukturu və əsas proqramları barədə məlumat verib.

B.Arına təşəkkür edən Ramil Həsən fikir mübadiləsinin səmərəliliyi və görüşün konstruktiv xarakter daşımasından məmnunluğunu ifadə edib.

Tərəflər hər iki təşkilatın fəaliyyəti çərçivəsində birgə təşəbbüslərin araşdırılması barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031