Prezident Ərdoğan: Dost və qardaş Azərbaycanı ürəkdən təbrik edirəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyə liderinin sosial şəbəkədəki paylaşımında deyilir: “Dost və qardaş Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm.
Bu qürur dolu bir tarixdə əziz qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən salamlayıram”.