azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda şəhid ailələri üçün tibbi aksiya təşkil olunub

18-10-2025

Müstəqilliyin Bərpası Günündə, Zəfərimizin 5-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sağlamlıq Mərkəzində şəhid ailələri üçün tibbi aksiya təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, aksiyanın məqsədi şəhid ailələrinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial qayğının davamlı təmin edilməsidir.

Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri terapevt, kardioloq, oftalmoloq, nevropatoloq, endokrinoloqla yanaşı digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, laborator və diaqnostik xidmətlərdən keçiblər. Aksiya iştirakçılarına fərdi sağlamlıqla bağlı məsləhətlər verilib, profilaktik tədbirlər barədə məlumatlar təqdim olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər.

Zəfərimizin 5-ci ildönümünə həsr olunan bu tibbi aksiya bir daha sübut edir ki, şəhid ailələrinin rifahı, sağlamlığı və sosial təminatı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031