“ƏDLİYYƏ” MİNİFUTBOL KOMANDASI BEYNƏLXALQ YARIŞDA QALİB OLUB
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib.
Turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib.
Finalda Ədliyyə Nazirliyinin komandası 1:0 hesabı ilə qələbə qazanaraq Oyunların qalibi olub.
Komandamızın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.
Həmkarlarımızı qazanılmış uğur münasibətilə təbrik edirik!