azturkxeber.az
http://azturkxeber.az

50 növ xərçəngi aşkarlayan qan testi ümidverici nəticə verib

18-10-2025

50 növ xərçəngi aşkarlayan qan testi ümidverici nəticə verib

Yeni tədqiqatın nəticələrinə əsasən, 50-dən çox xərçəng növünü aşkar edə bilən qan analizi diaqnozun qoyulma prosesini sürətləndirə bilər.

Şimali Amerikada aparılan sınaqlar göstərib ki, test xərçəngin geniş spektrini müəyyənləşdirə bilir və bu xəstəliklərin təxminən dörddə üçü üçün hal-hazırda heç bir erkən diaqnostika proqramı mövcud deyil.

Məlumata görə, aşkarlanan halların yarıdan çoxu xəstəliyin erkən mərhələsində olub ki, bu da müalicənin daha effektiv və bəzən tam sağalma ilə nəticələnməsi üçün əsas amillərdəndir.

ABŞ-ın “Grail” adlı əczaçılıq şirkəti tərəfindən hazırlanmış “Galleri” testi şişdən qoparaq qan dövranına düşən xərçəngə xas DNT fraqmentlərini aşkar edir. Hazırda bu test Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən də sınaqdan keçirilir. Tədqiqat çərçivəsində ABŞ və Kanadadan 25 min yetkin insan bir il ərzində izlənilib. Onlardan təxminən 1 faizi müsbət nəticə alıb və bu halların 62 faizində sonradan xərçəng təsdiqlənib.

Layihənin rəhbəri, Oreqon Səhiyyə və Elmlər Universitetinin radiasiya tibb üzrə dosenti Dr. Nima Nabavizadeh bildirib ki, əldə olunan nəticələr xərçəng diaqnostikasına yanaşmanı əsaslı şəkildə dəyişə bilər. Onun sözlərinə görə, bu test çoxsaylı xərçəng növlərini daha erkən mərhələdə, müalicənin uğurla nəticələnmə ehtimalının ən yüksək olduğu vaxtda aşkarlamağa imkan verir.

Tədqiqat həmçinin göstərib ki, test mənfi nəticə göstərən insanların 99 faizindən çoxunda xərçəngin olmadığı düzgün müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031