azturkxeber.az
http://azturkxeber.az

18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

18-10-2025

Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin “Azərbaycan dili” mərkəzində, hazırda həmin universitetin “Pedaqogika və Psixologiya” kafedrasında ölkələrarası “ORHUN” mübadilə proqramı əsasında fəaliyyət göstərən müəllimləri p.f.d.Şəfiqə Tahirova və baş müəllim Türkan Ömərovanın təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Amerika Tətbiqi Dilçilik Assosiasiyasının üzvü, “İlin qadını 2022” milli müsabiqəsinin Qran Pri mükafatçısı, “Eksperimental fonetika” elmi-təcrübi laboratoriyasının rəhbəri, “Şöhrət” medallı laureat, Özbəkistan Dövlət Dünya Dilləri Universiteti İngilis Dili 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Guli Ergasheva, “ Pedaqogika və Psixologiya ” kafedrasının bir qrup müəllimi və tələbələr istirak etdilər.

Tədbirin açılışında Türkan Ömərova müəllim və tələbə heyətini salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Himn səsləndirildikdən sonra Ş.Ş. Tahirova Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyəti, bugünün Azərbaycan dövlətçiliyi tarixində tutduğu əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.

Ş.Ş. Tahirova çıxışında, həmçinin qeyd etdi ki, müstəqilliyimizin bərpası xalqımızın ən böyük uğurlarından biridir və bu zəfərin möhkəmləndirilməsi, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və dinamik inkişafının əsasını təşkil etdiyini bir daha iştirakçıların diqqətinə çatdırdı.

Çıxışdan sonra tədbirdə Azərbaycan tarixi haqqında ingilis dilində videoçarx nümayiş olundu, daha sonra müasir Azərbaycan 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi oldugu və 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edilməsi ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açıldığı və ərazi bütövlüyünün bərpası, 30 il sonra – Azərbaycanın suveren haqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edərək əldə etdiyi Qarabağ zəfərinin ardından mümkün olduğu və bu həqiqətlər haqqında rus dilində də slaydlar nümayiş olundu.

Tədbirdə, həmçinin vətənpərvərlik ruhunu özündə əks etdirən mahnılar səsləndirilmış və özbək tələbələrinin: Bahodirova Muxlisa, Omonova Intizor, Abdumuminova Risolabonu, Shakarbayeva Nasiba, Usmonova Diyora, Nəsrullayeva Dilfuza, Qoyibnazarova Okilaxon, Dövlətnəzərova Məftunə, Mədrəhimova Jumaqul, Abdumannopova Аidаnın ifasında azərbaycan dilində vətənpərvərlik seirləri söylənildi.

Tədbirin sonunda fakültə dekanı çıxış edərək, tədbirdən məmnun qaldığını və belə tədbirlərin keçirilməsini ölkələrarası münasibətlərin, o cümlədən də ali məktəblərarası münasibətlərin getdikcə daha da möhkəmləndirəcəyini qeyd edərək, belə tədbirlərin keçirilməsində daim dəstək olacağını diqqətə çatdırdı və belə bir mərkəzin onların universitetində fəaliyyət göstərilməsində Azərbaycan Dillər Universitetinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Tədbirin sonunda tələbələrə üzərində Azərbaycan Dillər Universitetinin və Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin lodosu olan tədris ləvazimatları hədiyyə olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031