azturkxeber.az
http://azturkxeber.az

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17-10-2025

Oktyabrın 17-də Xaçmaz rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub.

Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.

“Açıq Qapı” gününün keçirilməsində əsas məqsəd vətəndaşları prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış etmək, hüquqi maarifləndirməni gücləndirmək və prokurorluğun şəffaf fəaliyyət prinsipini ictimaiyyətə nümayiş etdirmək olub.

Tədbirin açılışında Xaçmaz rayon prokuroru Rəşad Məmmədov çıxış edərək, bu cür təşəbbüslərin ictimai hüquqi biliklərin artırılmasına verdiyi töhfədən danışıb. O, prokurorluğun fəaliyyətində şəffaflıq, vətəndaş hüquqlarının müdafiəsi və ictimaiyyətlə açıq dialoqun prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Rayon prokuroru iştirakçılara qurumun səlahiyyətləri, iş prinsipləri və gündəlik fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, eyni zamanda qonaqların suallarını cavablandırıb.

Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov da çıxış edərək, ölkə üzrə prokurorluq orqanlarının strukturu, funksiyaları və həyata keçirilən islahatlar barədə təqdimatla çıxış edib. O, bu islahatların əsas məqsədinin şəffaflıq, vətəndaş məmnunluğunun təmin olunması və hüquqi müdafiənin gücləndirilməsi olduğunu qeyd edib.

Kənan Zeynalov həmçinin, prokurorluğun ictimaiyyətlə əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən və gələcək planlardan da bəhs edib.

Tədbirdə iştirak edən digər prokurorluq əməkdaşları da öz sahələri üzrə məlumat verərək, praktik təcrübələrini iştirakçılarla bölüşüblər.

İştirakçılar hüquqi prosedurlar və prokurorluğun fəaliyyət mexanizmləri barədə onları maraqlandıran suallara cavab alıblar.

Tədbir iştirakçıları üçün film nümayiş etdirildikdən sonra prokurorluğun inzibati binası üzrə tanışlıq turu təşkil olunub və tədbir xatirə şəkli ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031