Azərbaycan dəmir yollarının 145 illiyi münasibətilə iməcilik keçirilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycan dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə dəmir yolunun Biləcəri sahəsində iməcilik keçirib.
Tədbirin məqsədi ADY-nin ekoloji məsuliyyəti çərçivəsində ətraf mühitin mühafizəsini gücləndirmək, əməkdaşlar arasında ekoloji maarifləndirməni artırmaq və dəmir yollarının təmizliyini qorumaqdır.
İməcilikdə zəruri sanitar ləvazimatlarla təchiz olunmuş ADY əməkdaşları alaq otlarının, eləcə də dəmiryol xətlərinin üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarının təmizlənməsi kimi işləri yerinə yetiriblər.
Toplanmış tullantı aidiyyəti üzrə təhvil verilib.
ADY ənənəvi iməciliklər vasitəsilə dəmir yolları ətrafında yerləşən icmaların sağlamlıq və gigiyenik şəraitinin yaxşılaşdırılmasına töhfə verir.