azturkxeber.az
http://azturkxeber.az

Kiyev və BVF Ukrayna üçün yeni proqram və əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər

16-10-2025

Ukraynanın Baş naziri Yuliya Sviridenko Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyi ilə əməkdaşlığın davam etdirilməsi və 2026–2029-cu illəri əhatə edəcək yeni proqramın hazırlanması məsələlərini müzakirə edib.

Bu barədə Baş nazir özünün “Telegram” hesabında məlumat paylaşıb.

“BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və yeni təyin olunmuş birinci müavin Den Kats ilə görüşlər keçirdik. Dövlətimizin iqtisadi sabitliyini dəstəkləyən məsələləri müzakirə etdik”, – deyə Y. Sviridenko qeyd edib.

Baş nazir bildirib ki, hazırkı Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (EFF) çərçivəsində Ukrayna rekord sayda səkkiz mərhələli monitorinqi uğurla keçib və 10,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi alıb.

“Bu proqram sayəsində Ukrayna son 80 ildə Avropada başvermiş ən böyük müharibənin yaratdığı qeyri-müəyyənlik və çətinliklərə baxmayaraq, makromaliyyə sabitliyini qoruyub saxlayıb. Bizim üçün vacibdir ki, növbəti proqram əvvəlkinin davamı olsun”, – deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, BVF rəhbərliyinin Ukraynanın iqtisadi, fiskal, monetar və korrupsiyaya qarşı siyasət sahələrində əldə etdiyi irəliləyişləri müsbət qiymətləndirməsi hökumət üçün mühüm əhəmiyyət kəsb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031