azturkxeber.az
http://azturkxeber.az

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək.

Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

Bu il artıq 5-ci dəfə keçirilən STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “Gələcəyin mühəndisləri” (Engineers of Future), “Kinematoqrafiya” ( VidX:AI Motion Challenge), “Robotların mübarizəsi” ( VEX IQ/VEX Robotics Competition), “Mexatronika” (Mechatronics), “Suüstü gəmi” ( Boat Racing), “Bərpaolunan enerji” (H2 Pro Grand Prix Pro), “Dron texnologiyaları” ( FlyTech), “Sualtı gəmi” (Deep Dive), “İnnovasiya və sahibkarlıq” (İnnovation and Enterpreneurship), “Robotlarla futbol” (RoboSoccer), “Çevik və sürətli” (Fast and Furious), “Peyk texnologiyaları” (CubeSat), “Kompüterəsaslı layihələndirmə” (NextGen Creators), “Kompütürəsaslı istehsal” (Imagination to reality), “Strateji düşüncə və fəza təfəkkürü” (Rolling minds), “Robot oyunları” ( Submerged/RoboGames) daxildir.

Festivalda iştirak məqsədilə ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 4791 nəfəri yerli, 261 nəfəri isə 26 xarici ölkəni təmsil edən iştirakçıdır.

Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031