azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyevin Tacikistan Səfəri: Azərbaycanın MDB-də Liderlik Nüfuzu

13-10-2025

Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda ən fəal dövlətlərdəndir. Prezident cənab İlham Əliyevin istər qlobal, istərsə də regional müstəvilərdə keçirilən tədbirlərdə irəli sürdüyü təkliflər dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Ölkə başçımızın irəli sürdüyü təkliflər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, dövlətlərin suverenliyinə hörmət edilməsinə, xalqların azad və firavan həyat sürmələrinə, ümumiyyətlə bəşəriyyətin üzləşdiyi problemlərin həllinə xidmət edir. Ölkə başçımız hər zaman dünyada haqqın, ədalətin tərəfdarı olub və milli maraqlarımızı hər şeydən üstün tutub.

Prezident cənab İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvətilə Düşənbəyə səfəri, səfər çərçivəsində keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, eləcə də

MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışını dövlətimiz və xalqımız üçün çox əlamətdar hadisə kimi qeyd etmək olar.

Tacikistanda baş tutan görüşlərdə də ölkə başçımızın böyük lider, qətiyyətli, siyasi iradəyə malik şəxsiyyət, güclü siyasətçi olduğunun şahidi olduq. Ötən ilin dekabrında Qroznı şəhəri üzərində təyyarəmizin Rusiya hərbiçiləri tərəfindən vurulması çoxsaylı insan tələfatı ilə nəticələnmişdir. Baş vermiş hadisə ilə bağlı ölkə başçımız Rusiya Federasiyasına tutduğu qeyri-konstruktiv mövqeyə görə qəti etirazını bildirmişdir. Prezidentimiz Rusiya kimi böyük və güclü dövlətin qarşısından geri çəkilmədi, qəti və prinsipial mövqe nümayiş etdirdi.

Düşənbədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cənab İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin haqlı tələblərini qəbul etdiyini vurğuladı.

MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən cənab İlham Əliyev Azərbaycan dövlətinin quruma üzv dövlətlərin hər biri ilə istər çoxtərəfli, istərsə də ikitərəfli formatda əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan MDB-yə üzv dövlətlərin hər birilə siyasi, iqtisadi əlaqələrin yüksəlməsinə xidmət edən siyasət həyata keçirir. Prezident cənab İlham Əliyevin xarici siyasət prioritetini dövlətlərin bərabər hüquqlu, qarşılıqlı hörmət əsasında qurulması təşkil edir. Azərbaycan MDB dövlətləri arasında hər növ nəqliyyat, komunikasiya əlaqələrinin yaradılmasının tərəfdarıdır. Azərbaycanın MDB platformasında fəallığı ölkəmizin xarici siyasət xəttinin tərkib hissəsini təşkil edir. Son dövrlər MDB məkanında Azərbaycanın rolu həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə artmaqdadır. Bu baxımdan ölkə başçımızın Tacikistan səfəri iqtisadi tərəfdaşlıqla yanaşı təhlükəsizlik baxımından da çox önəmlidir.

Tacikistanda keçirilən MDB Dövlət Başçıları Şurasında bir daha şahidi olduq ki, bu nüfuzlu platformada da Azərbaycan lider dövlətdir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031