azturkxeber.az
http://azturkxeber.az

MOİK təmsilçisi Banqkokda keçirilən ONE FC turnirində növbəti qələbəsini qazanıb

13-10-2025

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi, “King” ləqəbli Akif Quluzadə Banqkokda keçirilən “ONE Championship” (ONE FC) turnirində növbəti qələbəsini qazanıb.

Idman karyerası ərzində ümumilikdə 20 qələbə qazanan təmsilçimiz onlardan 5-ni ONE FC turnirlərində qazanıb.

Onun üçüncü qələbəsində istifadə etdiyi zərbə (“spinning back elbow”) dünya idman ictimaiyyətində böyük maraq doğurub. Belə ki, həmin döyüşdən görüntülər ONE FC-in rəsmi “Facebook” səhifəsində 1 milyondan çox baxış və bəyənmə toplayıb, digər sosial platformalarda isə daha geniş izlənmə qazanıb.

İdmanın həm kikboksinq, həm də muaytay növlərində yüksək nəticələr göstərərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən A.Quluzadənin qarşıda 4 döyüşü planlaşdırılır.

Qeyd edək ki, təcrübəli mütəxəssislər Ələsgər Soltanovun məşqçiliyi və Çingiz Allazovun dəstəyi ilə qələbə qazanan təmsilçimiz dünya nüfuzlu ONE FC təşkilatı ilə 100 000 ABŞ dolları məbləğində müqavilə imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031