azturkxeber.az
http://azturkxeber.az

“İntihara dini və psixoloji baxış” mövzusunda tədbir keçirilmişdir

13-10-2025

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Respublika Hərbi Prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə “İntihara dini və psixoloji baxış” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Respublika Hərbi Prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin əsas məqsədi hərbi qulluqçular arasında mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, stress və psixoloji gərginlik halları ilə mübarizə yolları barədə maarifləndirmənin aparılması olmuşdur.

Bildirilmişdir ki, hərbi xidmət kimi məsuliyyətli bir sahədə qulluq edən şəxslərin fövqəladə hallar və gərgin psixoloji şəraitlə üzləşdikdə özünü idarə bacarığını qoruyub saxlaması olduqca vacibdir. İntihar cəmiyyət üçün ağır hadisədir və hüquqi baxımdan qiymətləndirilərək qarşısının alınması istiqamətində zəruri tədbirlər görülməlidir.

Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılmış, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı şəkildə izah edilmişdir. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilmişdir.

Belə kimi hadisələrin çox zaman depressiya, psixoloji gərginlik, sosial təcrid, ailə və şəxsi münasibətlərdəki problemlərin nəticəsi olduğu, psixoloji dəstəyin və monitorinqin vacibliyi qeyd edilmişdir.

Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılmış və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031