azturkxeber.az
http://azturkxeber.az

Böyük Qayıdışın İlhamverici Səhifəsi: Xocalıda Yeni Həyat

13-10-2025

Xocalı doğma sakinlərinə qovuşur…

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış prosesi davam edir. Doğma yurda - Xocalıya qayıdan ailələrdən biri də Ceyhun Əbdülov, həyat yoldaşı Günay Əbdülova və övladlarıdır. Onlar Böyük Qayıdışın daha bir ilhamverici səhifəsini yazırlar.

Ceyhun Əbdülov ailəsi ilə birlikdə bu torpaqlarda arıçılıq təsərrüfatı ilə məşğuldur. Onların həyatı, zəhməti və doğma yurda qayıdışı Qarabağda yenidən qurulan həyatın və iqtisadi inkişafın bariz nümunəsidir. Bu ailə kimi, yüzlərlə Qarabağ sakinləri doğma torpaqlarda yeni həyat qurmaq üçün geri dönür, kənd təsərrüfatı və müxtəlif sahələrdə fəaliyyətə başlayır.

Bütün bunlar dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələrin, təhlükəsizlik və infrastrukturun təmin edilməsinin nəticəsidir.

Doğma Xocalıya, evinizə xoş gəlmisiniz!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031