145 İllik Yol: Azərbaycan Dəmir Yolları ilə İrəli
Bu gün insanları, regionları və iqtisadiyyatları birləşdirən dəmiryolçuların peşə bayramıdır.
145 yaşlı Azərbaycan dəmir yolları müasir çağırışlara cavab verən, qitələr arasında körpü rolunu oynayan, ölkəmizin nəqliyyat-logistika imkanlarını genişləndirən mühüm bir strukturdur.
Dəmir yolları yalnız nəqliyyat sisteminin deyil, həm də iqtisadi dirçəlişin, sosial rifahın və regional əməkdaşlığın dayaqlarından biridir. Dəmiryolçuların yorulmaz əməyi sayəsində ölkəmizdə sərnişin və yük daşımaları daha rahat, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilir.
Bütün dəmiryolçu həmkarlarımızı təbrik edir, dəmir yollarının fədakar, zəhmətkeş ailəsinə uğurlar və tükənməz enerji arzulayırıq!