azturkxeber.az
http://azturkxeber.az

Xəzəryanı ölkələrin HDQ komandanlarının görüşü keçirilib

08-10-2025

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlarının görüşü keçirilib.

Azərbaycan Respublikası HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşdə Xəzər dənizində regional təhlükəsizlik, hərbi-dəniz əməkdaşlığı, birgə təlimlərin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bununla yanaşı, tədbir çərçivəsində hidroqrafiya sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb, Xəzər dənizində naviqasiya təhlükəsizliyinin artırılması, hidroqrafik məlumatların mübadiləsi və birgə tədqiqatların təşkili imkanlarına diqqət yetirilib.

Görüşdə, həmçinin Xəzəryanı ölkələr arasında qarşılıqlı etimadın və dənizdə təhlükəsizliyin artırılması məqsədilə əməkdaşlıq formatlarının genişləndirilməsi barədə geniş müzakirə aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031