azturkxeber.az
http://azturkxeber.az

Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə müraciət edib

08-10-2025

Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Polis əməkdaşları paytaxtın Nərimanov və Sabunçu rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta pozuntusudur. Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxması və beləliklə də onların həyatlarının təhlükə altında qalması ilə nəticələnir.

Bir daha sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar.

Paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031