azturkxeber.az
http://azturkxeber.az

Hərbi xidməti başa vuran sərhədçi əsgərlərin Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir

08-10-2025

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran sərhədçi əsgərlərin Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.

Hərbi hissələrin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlarda hər bir Azərbaycan sərhədçisinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni qürurla yerinə yetirdiyi, vətənin keşiyində əzmlə dayandığı xüsusi vurğulanmışdır.

Xidməti borclarını başa vuraraq Silahlı Qüvvələrin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilmişdir.

Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunmuş, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkildikdən sonra əsgərlər təntənəli şəkildə yola salınmışlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031