azturkxeber.az
http://azturkxeber.az

Bakıda piyadalar üçün dərs: Polis ölüm anlarını göstərdi

08-10-2025

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.

Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Qara Qarayev prospekti və ətraf küçələrində maarifləndirici tədbir keçiriblər.

Tədbir zamanı yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etməyən şəxslərə xəbərdarlıq edilib, qaydalara əməl etməyin vacibliyi izah olunub. Söhbətlər zamanı piyadaların iştirakı və ölüm faktı ilə nəticələnmiş qəzaların real görüntüləri nümayiş etdirilib.

Vətəndaşlara bildirilib ki, belə faciələrin qarşısını almağın yeganə yolu müəyyən olunmuş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməkdir.

Paytaxt ərazisində bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

https://www.youtube.com/watch?v=cF9_HfeTUYo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031