Bakı–Ağstafa marşrutuna əlavə qatar reysləri təyin olunur
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 11 oktyabrda Bakı-Ağstafa, 12 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Eyni zamanda, 29 sentyabrdan təyin edilən həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri ilə, eləcə də hər gün Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.