Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə İştirak Edəcək
Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvətinə əsasən, 7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.
“Regional Sülh və Təhlükəsizlik” mövzusu ilə keçiriləcək Zirvə çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun möhkəmləndirilməsi və Təşkilat daxilində əməkdaşlığın gücləndirilməsinə dair işlər nəzərdən keçiriləcək, Qəbələ Bəyannaməsi də daxil olmaqla bir sıra sənəd və qərarların qəbul olunması nəzərdə tutulur.
Cənab Prezidentimizin Zirvə çərçivəsində Dövlət Başçıları Şurasının İclasında iştirakı və iştirakçı Dövlət və Hökumət Başçıları ilə ikitərəfli görüşlər keçirmələri planlaşdırılır.