azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev BMT-nin Merlər Forumunda iştirak edir

06-10-2025

6 oktyabr 2025-ci il tarixində Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən 5-ci Merlər Forumu öz işinə başlayıb.

Forumda Azərbaycanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev təmsil edir.

UNECE-nin təşəbbüsü ilə keçirilən Merlər Forumu dövlət və şəhər rəhbərlərinin, beynəlxalq təşkilatların və ekspertlərin iştirakı ilə şəhərlərin dayanıqlı inkişafı, ekoloji davamlılıq, yaşayış mühitinin yaxşılaşdırılması və şəhər idarəçiliyinin müasir modelləri mövzularında fikir mübadiləsi aparmaq məqsədi daşıyır.

Qeyd edək ki, Beynəlxalq Forumda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevlə birlikdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov da iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031