azturkxeber.az
http://azturkxeber.az

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət etmişdir

06-10-2025

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Vətən müharibəsinin 5-ci ildönümü ərəfəsində şəhid ailələrini ziyarət etmişdir.

Görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin, əlillərin və müharibə veteranlarının sosial təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev şəhid sərhədçilərin döyüş yolu və qəhrəmanlıqları haqqında danışmış, onların xatirəsinə hörmət və ehtiramın hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi olduğunu qeyd etmişdir.

Şəhid ailələri tarixi qələbədən sonra işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanmasından təsəlli tapdıqlarını bildirmiş, göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031