azturkxeber.az
http://azturkxeber.az

Parabadmintonçularımız Avropa çempionatını 2 gümüş medalla başa vurub

05-10-2025

14 yaşlı paralimpiyaçımız Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə bu gün final görüşünə çıxıb.

Onlar ingiltərəli rəqiblərinə (Jack Shephard, Anya Butterworth) 0:2 məğlub olaraq Avropa çempionatının gümüş medallarını qazanıblar.

20 yaşlı gənc parabadmintonçumuz İbrahim Əliyev də kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə bu gün final görüşünə çıxıb.

Onlar fransalı rəqiblərinə (Lucas Mazur, Meril Loquette) 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medallarını qazanıblar.

Qeyd edək ki, milli komandamız 8 parabadmintonçu ilə ilk dəfə qitə çempionatında təmsil olunurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031