azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq Müəllimlər Günü münasibətilə ahıl müəllimlər ziyarət ediliblər

05-10-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ahıl müəllimləri ziyarət ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əməkdaşlar vaxtilə müəllim kimi çalışmış və hazırda evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılları peşə bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Ahılların bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.

Ziyarət edilən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə edib, xoş münasibətin onlara böyük sevinc bəxş etdiyini bildiriblər.

Hazırda Agentlik tərəfindən evlərində sosial-məişət xidməti göstərilən tənha ahıl şəxslərdən 350 nəfəri əvvəllər müəllim işləmiş şəxslərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031