azturkxeber.az
http://azturkxeber.az

Avropa çempionatı: Azərbaycan voleybol millisinin rəqibləri bəlli olub

05-10-2025

Avropa çempionatı: Azərbaycan voleybol millisinin rəqibləri bəlli olub

Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov, AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak ediblər. Tədbir İtaliyanın Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında təşkil olunub.

Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniyadır. Komanda 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031