azturkxeber.az
http://azturkxeber.az

XI Bakı Beynəlxalq Kitab Sərgisində Ombudsmanın təşkilatçılığı ilə tədbir keçirilib

02-10-2025

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində təşkil olunan XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə “Ombudsmanın fəaliyyət istiqamətləri: İnsan hüquqlarına əsaslanan yeni yanaşmalar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ombudsman Aparatının fəaliyyətə başladığı dövrdən əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə, eləcə də hüquq elminin inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşdığı qeyd edilib. Təsisat tərəfindən mütəmadi olaraq müxtəlif dillərdə hüquqi maarifləndirməyə həsr olunmuş kitablar, lifletlər və bukletlərin hazırlanaraq nəşr edildiyi, eləcə də əhalinin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb.

Eyni zamanda, tədbirdə Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Müvəkkil informasiya əldə etmək hüququnun, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının, bərabərlik hüququnun təmini və digər istiqamətlərdə çoxşaxəli fəaliyyət həyata keçirir.

Tədbir zamanı, həmçinin Ombudsmanın təşəbbüsü ilə hazırlanmış videoçarxlar və maarifləndirici çap vəsaitləri nümayiş olunub.

Builki sərgidə Ombudsman təsisatının Azərbaycan, rus, ingilis, Ukrayna və fransız dillərində 279 adda nəşri sərgilənməkdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031